5 dekabr 2025. Cümə

Cüdo üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib


  • Offside
  • 19:12 05.12.2025
  • Oxunma sayı: 29
Cüdo üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib

Qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatına start verilib.

90deqiqe.Az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışın ilk günündə 7 çəki dərəcəsində 107 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Qadınlar arasında Nilgün Rzayeva (63 kiloqram), Südabə Ağayeva (70 kiloqram), Günel Həsənli (78 kiloqram) və Madina Kaisinova (+78 kiloqram), kişilərin yarışında isə Balabəy Ağayev (60 kiloqram), Nazir Talıbov (66 kiloqram) və Kamran Süleymanov (73 kiloqram) ölkə çempionu olublar.

Qeyd edək ki, Azərbaycan çempionatında dekabrın 5–6-da fərdi mübarizə, 7-də isə komandalararası yarış olacaq. Cüdoçular ümumilikdə 14 çəki dərəcəsində mübarizə aparırlar.







Offside