- Offside
- 22:01 05.12.2025
FIFA-nın sabiq prezidenti Yozeff Blatter Səudiyyə Ərəbistanının futbola artan təsirindən narazılığını bildirib.
90deqiqe.Az xəbər verir ki, "The Telegraph" Blatterin dediklərini belə çatdırıb.
“Səudiyyə Ərəbistanı futbolu təhdid altına qoyub. O, futbola nəzarət edir və nə baş verəcəyini özü müəyyənləşdirir. Prezident [FİFA] bir fikir ortaya qoyanda, Səudiyyə Ərəbistanı sadəcə bunu reallaşdırmaq üçün pul verir”
Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2034-cü ildə ilk dəfə Dünya Çempionatına ev sahibliyi edəcək. Bu qərar 2024-cü il dekabrın 11-də FIFA konqresində təsdiqlənib.