- Offside
- 23:24 05.12.2025
Futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Benfika" (Portuqaliya) ilə cavab matçına çıxıb.
90deqiqe.Az xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabondakı "Pavilyao Fidelidade"də baş tutan görüşdə "Araz-Naxçıvan" 2:4 hesabı ilə məğlub olub.
Portuqaliya klubunun heyətində İqor de Souza (9.24-cü dəqiqə), Andre Koelyo (28.57-ci dəqiqə) və Anilton Silva (34.28, 35.40-cı dəqiqələr) fərqləniblər.
Naxçıvan təmsilçisində isə Luicci Lonqo (35.52-ci dəqiqə) və Ədalət Ələkbərov (39.40-cı dəqiqə) rəqib qapısına yol tapıblar.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk matçda Portuqaliya təmsilçisi 9:0 hesablı qələbə qazanmışdı.