- Offside
- 15:48 06.12.2025
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Bu da Ümummilli Lider Heydər Əliyevin siyasətinin davamıdır.
90deqiqe.Az xəbər verir ki, bunu D-8 Gənclər Dialoqunda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov deyib.
Ölkəmizdə həyata keçirilən gənclərin inkişafı istiqamətində atılan addımlardan bəhs edən nazir bildirib: "Ölkəmizdə çoxsaylı gənclər mərkəzi yaradılıb, müxtəlif gənclər təşkilatı fəaliyyət göstərir. Beynəlxalq gənclər təşkilatlarında da aktivliyimiz var. Bu il müxtəlif beynəlxalq tədbirlər təşkil etmişik. Növbəti il də biz BMT tərəfindən dəstəklənən böyük tədbirlər keçirəcəyik. Bu, bizim üçün çox böyük imkandır. Gənclər tərəfindən olan təşəbbüsləri, COP29 ətrafında olan ideyaları bu vasitə ilə birləşdirir və uzlaşdırırıq. Gənclərin böyük enerjisi var. Əminəm ki, D-8 Gənclər Dialoqunda da gənclər aktiv iştirak edəcəklər". (azertac)