6 dekabr 2025. Şənbə

“Hakim sarı vərəqələrdə ədaləti qoruya bilmədi”


  • Offside
  • 15:48 06.12.2025
  • Oxunma sayı: 33
“Hakim sarı vərəqələrdə ədaləti qoruya bilmədi”

“Benfika”nın çalışdırıcısı Joze Mourinyo “Sportinq”lə 1:1 hesablı oyundan sonra açıqlama verib. Portuqaliyalı baş məşqçi həm derbinin intensivliyini, həm də hakim idarəçiliyində gördüyü problemləri dilə gətirib.

90deqiqe.Az xəbər verir ki, "Record" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

“İngiltərədə hər həftə derbi olurdu. ‘İnter’ və ‘Real’da da oxşar oyunlara çox çıxmışam. ‘Sportinq’lə görüş də keyfiyyətli, gərgin derbi idi. Hakim ümumilikdə pis deyildi, lakin sarı vərəqələrdə kriteriyaları düzgün tətbiq etmədi.”

Məşqçi Prestyanninin qırmızı vərəqəsini müzakirə etmədiyini bildirərək “Sportinq”dəki bir oyunçuya xüsusi imtiyaz verildiyini vurğulayıb:
“Qırmızı vərəqədən danışmıram. Amma ‘Sportinq’de bir futbolçu var ki, istədiyi kimi kobudluq edir və sarı vərəqə almadan meydanı tərk edir. Bu oyunçuya qarşı tam açıq-aşkar ikiqat standart tətbiq olunur.”

 







Offside