- Offside
- 23:43 06.12.2025
UFC-nin keçmiş ikiqat çempionu Konor Makqreqora qarşı mülki məhkəmədə qaldırılan seksual zorakılıq iddiası geri çəkilib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "ESPN" məlumat yayıb.
İddiaya əsasən, 2023-cü ilin yayında “Mayami Hit” – “Denver Naggets” NBA final matçlarından birinin ardından Makqreqorun qadına tualetdə nalayiq davranış etdiyi bildirilirdi. Lakin iddiaçı könüllü şəkildə şikayətindən imtina edib və iş üzrə məhkəmə prosesi dayandırılıb. Makqreqor bütün ittihamları əvvəlcədən inkar edirdi.
Xatırladaq ki, qadın Makqreqorun onunla danışdıqdan sonra zorla kişi tualetinə apararaq hücum etdiyini iddia etmişdi. Yanvar ayında o, həm Makqreqora, həm də “Mayami” klubuna qarşı mülki iddia qaldırmışdı. Florida prokurorluğu isə həmin vaxt cinayət işi açmaqdan imtina etmişdi.