7 dekabr 2025. Bazar günü

“İnter Mayami” tarixində ilk dəfə MLS Kubokunun qalibi oldu


  • Offside
  • 01:52 07.12.2025
  • Oxunma sayı: 11
“İnter Mayami” tarixində ilk dəfə MLS Kubokunun qalibi oldu

MLS-in 2025-ci il pley-offunun final matçı başa çatıb. 

90deqiqe.Az-ın məlumatına görə, həlledici qarşılaşmada “İnter Mayami” öz meydanında – Fort-Loderdeyldə yerləşən “DRV PNK Stadium”da Kanada təmsilçisi “Vankuver Uaytkaps”ı qəbul edib. Görüş Florida klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb və bu, komandanın tarixində ilk MLS Kuboku kimi yadda qalıb.

Matçın 8-ci dəqiqəsində Edyer Ocampo avtoqolla meydan sahiblərinə erkən üstünlük qazandırıb. İkinci hissənin 60-cı dəqiqəsində Ali Ahmed hesabı bərabərləşdirib. Lakin 71-ci dəqiqədə Rodrigo de Paulun dəqiq zərbəsi “çəpəlilərə” yenidən üstünlük gətirib. Qarşılaşmanın taleyini isə 90+6-cı dəqiqədə Tadeo Allende müəyyənləşdirib – 3:1.

MLS pley-offunun yarımfinal mərhələsində “İnter Mayami” “Nyu-York Siti” üzərində 5:1 hesablı qələbə qazanmışdı. “Vankuver Uaytkaps” isə “San-Dieqo”nu 3:1 hesabı ilə məğlub edərək finala yüksəlmişdi.

Qeyd edək ki, tərəflər son olaraq 2024-cü il 26 may tarixində keçirilmiş MLS oyununda üz-üzə gəlmiş, həmin görüşdə də “İnter Mayami” 2:1 hesabı ilə qalib gəlmişdi.







Offside

Rusiyalı tennisçi finalda
  • Offside
  • 21:58 06.12.2025
Rusiyalı tennisçi finalda