7 dekabr 2025. Bazar günü

Messi karyerasının 48-ci kubokunu qazandı


  • Offside
  • 13:48 07.12.2025
  • Oxunma sayı: 68
Messi karyerasının 48-ci kubokunu qazandı

MLS 2025-in pley-off finalında “İnter Mayami” “Vankuver Uaytkeps”i 3:1 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, bu qələbə Lionel Messiyə karyerasının 48-ci titulunu qazandırıb.

Messi indiyədək “Barselona” ilə 35, PSJ ilə 3, “İnter Mayami” ilə 4 titul qazanıb. Argentina millisində isə 6 kuboka sahibdir — o cümlədən dünya çempionluğu.

2023-cü ildən “İnter Mayami”nin formasını geyinən Messi klubla 2028-ci ilə qədər müqavilə imzalayıb. Ulduz futbolçu bu mövsüm bütün turnirlər üzrə 41 qarşılaşmada 38 qola və 23 məhsuldar ötürməyə imza atıb.







Offside