7 dekabr 2025. Bazar günü

Messi karyerasında ilk dəfə finalda Mülleri məğlub etdi


  • Offside
  • 13:57 07.12.2025
  • Oxunma sayı: 69
Messi karyerasında ilk dəfə finalda Mülleri məğlub etdi

Argentina millisinin və “İnter Mayami”nin ulduzu Lionel Messi karyerasında ilk dəfə alman hücumçusu Tomas Müllerin komandasını finalda məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, bu, MLS 2025-in pley-off finalında “İnter Mayami”nin “Vankuver Uaytkeps”ə 3:1 hesablı qələbəsi zamanı baş verib.

Hər iki futbolçu oyuna start heyətdə çıxıb və 90 dəqiqə meydanda olublar. Messi görüşdə iki qol ötürməsi ilə yadda qalıb, Müller isə məhsuldar hərəkətlə seçilməyib.

Bundan öncə Messi və Müller komandalari finalda cəmi bir dəfə üz-üzə gəlmişdi – 2014-cü il dünya çempionatının finalında Argentina Almaniyaya əlavə vaxtda 0:1 hesabı ilə uduzmuşdu. Hər iki futbolçu həmin oyunun bütün 120 dəqiqəsini meydanda keçirmişdi.







Offside