7 dekabr 2025. Bazar günü

Jordi Alba və Serxio Buskets karyeralarını başa vurdu


  • Offside
  • 14:07 07.12.2025
  • Oxunma sayı: 62
Jordi Alba və Serxio Buskets karyeralarını başa vurdu

“İnter Mayami”nin iki ulduz futbolçusu – Jordi Alba və Serxio Buskets peşəkar karyeralarını rəsmən başa vurublar.

90deqiqe.Az-ın məlumatına görə, bu qərar MLS Kuboku 2025-in finalında “Vankuver Uaytkæps” üzərində 3:1 hesablı qələbədən sonra elan edilib. Beləliklə, onlar klub futbolundakı son oyunlarına çempionluqla yekun vurublar.

37 yaşlı Buskets karyerasını bitirəcəyini hələ 2025-ci ilin sentyabrında açıqlamışdı. 36 yaşlı Alba isə oktyabrda eyni qərarı vermişdi. Hər iki futbolçu mövsümün sonunda futboldan ayrılmağı planlaşdırırdı və bu mövsüm onların üçün triumfla başa çatdı.

Buskets 2008-ci ildən etibarən peşəkar səviyyədə “Barselona”da çıxış edib. 15 mövsümdən sonra, 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. O, klub səviyyəsində 840 matça çıxıb, 19 qol və 62 məhsuldar ötürmə ilə yadda qalıb. Buskets karyerası ərzində 35 kubok qazanıb: La Liqa (9), İspaniya kuboku və superkuboku (hərəsi 7), Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası dünya çempionluğu (hərəsi 3), həmçinin MLS-in rеqulyar mövsümü, Şimali Amerika Liqa Kuboku və MLS Kuboku (hərəsi 1). İspaniya millisində 143 oyun keçirib (2 qol, 9 assist), dünya çempionu (2010) və Avropa çempionu (2012) olub.

Alba “Barselona” və “Valensiya” akademiyalarının yetirməsidir və hər iki klubun əsas komandasında çıxış edib. 2023-cü ildən “İnter Mayami”nin formasını geyinir. O, karyerasında “Ximnastik” (Tarragona) və “Kornelya”nın gənclər komandasında da oynayıb. Klub səviyyəsində 708 matçda 52 qol və 135 assistlə çıxış edib. 21 kubok qazanıb: La Liqa (6), İspaniya kuboku (5), İspaniya superkuboku (4), Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası dünya çempionluğu (hərəsi 1), MLS-in rеqulyar mövsümü, Şimali Amerika Liqa Kuboku və MLS Kuboku (hərəsi 1). İspaniya millisində 93 oyunda çıxış edib (9 qol, 22 assist) və Avro-2012 ilə Millətlər Liqasının (2023) qalibi olub.







Offside