7 dekabr 2025. Bazar günü

Amerikalı döyüşçü məğlubiyyətdən sonra karyerasını başa vurdu


  • Offside
  • 14:25 07.12.2025
  • Oxunma sayı: 66
Amerikalı döyüşçü məğlubiyyətdən sonra karyerasını başa vurdu

ABŞ-lı keçmiş UFC çempionu Henri Sehudo Las-Veqasda keçirilən UFC 323 turnirində həmvətəni Peyton Talbota hakimlərin yekdil qərarı ilə uduzub.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli döyüşçü bununla da peşəkar karyerasını yekunlaşdırıb.

38 yaşlı döyüşçü peşəkar MMA karyerasını 16 qələbə və 6 məğlubiyyətlə başa vurub. Görüşdən sonra Sehudo UFC prezidenti Dana Uayta göstərdiyi dəstəyə görə xüsusi təşəkkür edib, həmçinin oktagonda məşhur menecer Əli Əbdül-Əzizlə vidalaşıb.

Qeyd edək ki, Henri Sehudo UFC-də eyni anda iki çəki dərəcəsinin – yüngül və ən yüngül çəkilərin – çempionu olub. O, hər iki kəməri uğurla müdafiə edib və bir çox tanınmış rəqibə qalib gəlib. Sehudo həmçinin 2008-ci il Pekin Olimpiya Oyunlarının sərbəst güləş üzrə qızıl medalçısıdır.







Offside