7 dekabr 2025. Bazar günü

Şon Striklend UFC Hustonda Entoni Hernandezlə döyüşəcək


  • Offside
  • 14:39 07.12.2025
  • Oxunma sayı: 75
Şon Striklend UFC Hustonda Entoni Hernandezlə döyüşəcək

ABŞ-lı keçmiş UFC orta çəki (84 kq) çempionu Şon Striklend 21 fevralda keçiriləcək UFC Huston turnirində həmyerlisi Entoni Hernandezlə qarşılaşacaq.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə UFC-nin rəsmi saytı məlumat yayəb.

Amerikalı döyüşçü son olaraq fevral ayında baş tutan UFC 312-də cənubi afrikalı Drikus dü Plesiyə revanş görüşündə hakimlərin yekdil qərarı ilə uduzmuşdu.

Entoni Hernandez isə avqust ayında ESPN 72 turnirində gürcü idmançı Roman Dolidzeni boğma fəndi ilə məğlub etmişdi.

Qeyd edək ki, Striklend daha əvvəl müsahibəsində 31 yanvar tarixində Sidney şəhərində keçiriləcək UFC 325 üçün Hernandezlə döyüş təklifindən imtina etdiyini bildirmişdi.







Offside