7 dekabr 2025. Bazar günü

Luis Suares karyerasında 23-cü titulu qazandı


  • Offside
  • 14:50 07.12.2025
  • Oxunma sayı: 65
Luis Suares karyerasında 23-cü titulu qazandı

“İnter Mayami”nin hücumçusu Luis Suares peşəkar karyerasında 23-cü kubokunu əldə edib.

90deqiqe.Az-ın məlumatına görə, bu, MLS 2025-in pley-off finalında komandanın “Vankuver Uaytkaps” üzərində 3:1 hesablı qələbəsindən sonra rəsmiləşib.

Uruqvaylı futbolçu daha əvvəl “Atletiko”, “Barselona”, “Liverpul”, “Ayaks”, “Nasional”, “Qremio” və “İnter Mayami” ilə müxtəlif turnirlərdə titul qazanıb. Həmçinin Uruqvay yığmasının heyətində də bir beynəlxalq kuboku var.

Təcrübəli hücumçu “İnter Mayami”yə 2024-cü ildə qoşulub. Onun klubla müqaviləsi 2025-ci ilin sonuna qədər nəzərdə tutulub.

Cari mövsümdə Suares bütün turnirlərdə 42 oyunda iştirak edib, 14 qol vurub və 15 məhsuldar ötürmə verib.







Offside