- Offside
- 16:46 07.12.2025
“İnter Mayami”nin baş məşqçisi Xavier Maskerano komandasının MLS Kubokunda qazandığı 3:1 hesablı qələbə barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, Maskerano qeyd edib ki, Alba və Buskets klub tarixində əhəmiyyətli rol oynayıblar:
“Alba və Buskets bu klubun tarixində iz qoydular, tamamilə dəyişdirdilər, eləcə də Leo [Messi] ilə birlikdə. Bugündən etibarən onlar ‘İnter Mayami’ tarixində böyük rol oynayacaqlar. Onların məqsədi klubun gedişatını dəyişmək idi.”
Baş məşqçi əlavə edib: “Oyunda lazım olan bir qədər də şansımız oldu. Amma əgər hər hansı komanda bu nəticəni haqq edirdisə, o da bizim komandamız idi. Açıq demək istəyirəm: biz mövsüm ərzində ən yaxşı çıxış edən komanda idik.
Bu qələbə klub üçün stimul olmalıdır — dayanmamalı, daha böyük uğurlar üçün çalışmalıdır. Son illərdə ‘İnter Mayami’ doğru addımlar atıb və bu stimulu gələcəkdə də istifadə etməliyik.”
Qeyd edək ki, finalda “flamingolar” “Vankuver Uaytkæps”i məğlub edib.