8 dekabr 2025. Bazar ertəsi

Azərbaycan kamandan oxatanları beynəlxalq turnirdə uğurla çıxış ediblər


  • Offside
  • 16:12 07.12.2025
  • Oxunma sayı: 72
Azərbaycan kamandan oxatanları beynəlxalq turnirdə uğurla çıxış ediblər

Azərbaycan kamandan oxatanları Rusiyanın Çita şəhərində keçirilən "Vladimir Eşeeyev mükafatı" üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər.

90deqiqe.Az xəbər verir ki, təmsilçilərimizdən Fatimə Hüseynli, Nilufər Ağaməmmədli və Lalə Əbdürəhmanova yüksək nəticə göstəriblər.

Onlar 15 ölkənin iştirak etdiyi yarışda güclü rəqiblərlə mübarizədə fərqlənərək üçüncü yerə sahib olublar.

Qeyd edək ki, yarış dekabrın 4-dən 7-dək keçirilib.







Offside