8 dekabr 2025. Bazar ertəsi

Dünya çempionatı: Azərbaycanın daha iki boksçusu 1/8 finala yüksəlib


  • Offside
  • 09:59 08.12.2025
  • Oxunma sayı: 12
Dünya çempionatı: Azərbaycanın daha iki boksçusu 1/8 finala yüksəlib

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında dünya çempionatında 1/16 final mərhələsinin döyüşləri başa çatıb.

90deqiqe.Az xəbər verir ki, mundialın beşinci günündə rinqə çıxan Azərbaycan millisinin 2 idmançısı adını növbəti mərhələyə yazdırıb.

Maqsud Xasmetov (63,5 kiloqram) debütdə Pasifik Niyonzima (Ruanda) ilə qarşılaşıb. Boksçumuz rəqibinə üçüncü raundda nokautla qalib gəlib. Xasmetov 1/8 finalda Ruslan Qafurovla (Tacikistan) gücünü yoxlayacaq.

Sərxan Əliyev (71 kq) isə Bonifatsi Maynanı (Keniya) mübarizədən kənarlaşdırıb. Dünya çempionatının bürünc medalçısı rəqibini 4:1 (29:28, 29:28, 28:29, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, 1/8 finalda Arturs Vaisla (Latviya) ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.







Offside