8 dekabr 2025. Bazar ertəsi

Həndbol üzrə Azərbaycan çempionatlarında 2025/2026 mövsümünə start verilib


  • Offside
  • 16:16 08.12.2025
  • Oxunma sayı: 11
Həndbol üzrə Azərbaycan çempionatlarında 2025/2026 mövsümünə start verilib

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatında 2025/2026 mövsümünə start verilib.

90deqiqe.Az-ın məlumatına görə, kişilərin mübarizəsində Azərbaycan Həndbol Federasiyasının İdman Kompleksində baş tutan görüşlərdə "Bakı" "Azəryol"a (21:40), "Dinamo" "Təhsil"ə (33:30),

"Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən I turun mərkəzi matçında isə "Qarabağ" "Kür" kollektivinə (22:20) qalib gəlib.

Qadınların mübarizəsində "İdman Akademiyası" "Bakı"ya (44:13), "Azəryol" "Təhsil"ə (57:16) "Kür" isə "Qarabağ"a (49:25) qalib gəlib.

Hər üç oyun Azərbaycan Həndbol Federasiyasının İdman Kompleksində təşkil olunub.







Offside