- Offside
- 18:29 08.12.2025
Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakim Eldar Zülfüqarova təyinat verib.
90deqiqe.Az-ın məlumatına görə, beynəlxalq dərəcəli referi Türkiyədə keçiriləcək kişi voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin "Ziraat Bankkart" (Türkiyə) və "Tur VB" (Fransa) klubları arasında keçiriləcək qarşılaşmada ikinci hakim olacaq.
Dekabrın 10-dakı matçın baş hakimi serbiyalı Aleksandar Petroviç olacaq.