Hollandiya millisinin sabiq futbolçusu vəfat etdi
-
Offside
-
16:07 18.09.2019
-
Oxunma sayı: 560
Amiotrofik sklerozdan (mərkəzi sinir sisteminin iflici) əziyyət çəkən Hollandiya millisinin sabiq üvzü Fernando Riksen bu gün vəfat edib.
Corner.az xəbər verir ki, o, 2013-cü ildən sağalmaz xəstəliklə mübarizə aparırdı. Bir neçə ildir şiddətli ağrılardan əziyyət çəkən Fernandonun bu ilin iyununda "28 iyun mənim üçün xüsusi gündür. Bu, mənim son gecəm olacaq. Gəlin bu gecəni unudulmaz edək” açıqlaması onun evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanının öz razılığı ilə həyatdan məhrum edilməsidir) ediləcəyi kimi qəbul olunsa da, sonradan onun son canlı yayımı nəzərdə tutduğu bəlli olmuşdu.Qeyd edək ki, Riksen Hollandiyanın "Fartuna", "AZ Alkmaar", Şotlandiyanın "Reyncers" və Rusiyanın "Zenit" klublarında çıxış edib. 2006-2009-cu illərdə "Zenit"də oynayan Fernando Rusiya çempionluğunu və Rusiya superkubokunu, eləcə də UEFA kuboku və UEFA superkubokunu qazanıb.(qol)