- Offside
- 21:59 08.12.2025
Belçika millisinin sabiq futbolçusu Glen De Buk vəfat edib.
90deqiqe.Az-ın "RMC Sport"a istinadən məlumatına görə, sabiq müdafiəçi 54 yaşında Antverpendə dünyasını dəyişib. Onun ailəsinin bildirdiyinə görə, De Buk evdə olarkən ağır beyin qanaması keçirib, sonra dərin komaya düşüb və şüuruna qayıtmadan həyatını itirib.
Karyerası ərzində Glen De Buk Belçika millisi ilə 36 oyunda iştirak edib və bir qol vurub. Peşəkar futbolçu karyerasını bitirdikdən sonra məşqçilik fəaliyyətinə başlayıb. Onun məşqçi karyerasının son klubu “Kortreyk” olub.