9 dekabr 2025. Çərşənbə axşamı

“Xilasedici” Çelenc Kubokunda ilk oyununu uduzdu


  • Offside
  • 19:31 09.12.2025
  • Oxunma sayı: 50
“Xilasedici” Çelenc Kubokunda ilk oyununu uduzdu

Kişi voleybolçulardan ibarət “Xilasedici” komandası Çelenc Kubokunun 1/16 final mərhələsində ilk oyununa çıxıb.

90deqiqe.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin idman zalında Belçikanın “Lindemans” klubunu qəbul edən Azərbaycan təmsilçisi 0:3 (17:25, 22:25, 23:25) hesabı ilə məğlub olub.

Komandalar arasında cavab görüşü 2026-cı il yanvarın 7-də Belçikada keçiriləcək.

Qeyd edək ki, yarışa 1/32 finaldan başlayan “Xilasedici” bu mərhələdə Rumıniyanın “Steaua” klubunu məğlub edərək 1/16 finala yüksəlib.







Offside