- Offside
- 23:17 09.12.2025
“İnter Mayami” klubunun hücumçusu Lionel Messi Major League Soccer (MLS) liqasının mövsümün ən yaxşı futbolçusu adına layiq görülüb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.
Argentin futbolçu MLS tarixində bu mükafatı ardıcıl iki dəfə qazanan ilk oyunçu olub. Ötən mövsümdə 49 oyunda 43 qol vuran və 26 məhsuldar ötürmə edən Messi həmçinin iki mövsüm ardıcıl olaraq ən azı 36 qol iştirakına imza atan ilk futbolçudur.
Pley-off mərhələsində isə argentinalı 15 qola birbaşa təsir göstərərək rekord müəyyən edib. Messi həmçinin komandası üçün MLS Kubokunu qazanmağa kömək edib.