23 noyabr 2024. Şənbə

Olimpiya medalı məni gözləyir - Mariya Stadnik


  • Offside
  • 18:19 18.09.2019
  • Oxunma sayı: 545
Olimpiya medalı məni gözləyir - Mariya Stadnik

"Çətin qələbə oldu. Mən bura gəlmək üçün xeyli məsafə qət eləmişəm".
 
Corner.az xəbər verir ki, bu sözləri Qazaxıtanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında qızıl medal qazanan idmançımız Mariya Stadinik deyib.

Sərbəst güləşçimiz bu gün rumıniyalı Emilia Alina Vuç üzərində qələbədən dərhal sonra jurnalistlərə açıqlamasında bundan sonrakı hədəfinin Yay Olimpiya Oyunlarının qalibi olmaq olduğunu deyib.

"Bu qələbəni öz məşqçim - dünyanın ən yaxşı məşqçisi olan Andrey Stadnikə həsr edirəm. Bu, onun zəhmətidir. Dünyanın ən güclü yarışında güclü idmançıları udmaq gözəl hisslərdir”.

Stadnik deyib ki, bundan sonra gələn il Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşacaq: “Mənu orada olimpiya medalı gözləyir. Bunun üzərində işləyəcəyik. Medal orada durub və gözləyir. Bu mundialda rəqiblərin kimliyi önəmli deyildi, məqsədim qələbə qazanmaq idi".







Offside