10 dekabr 2025. Çərşənbə

Karlos Alkaras ikinci dəfə "Stefan Edberg" mükafatını qazandı


  • Offside
  • 23:11 09.12.2025
  • Oxunma sayı: 29
Karlos Alkaras ikinci dəfə "Stefan Edberg" mükafatını qazandı

İspaniya tennisçisi, altı dəfə “Böyük Dəbilqə” qalibi və dünya birincisi Karlos Alkaras ikinci dəfə üç il ərzində "Stefan Edberg" mükafatına layiq görülüb.

90deqiqe.Az xəbər verir ki, bu barədə ATP-nin mətbuat xidməti məlumat yayıb.

Alkaras bu nominasiyada kanadalı Feliks Oje-Alyassim, bolqar Qriqor Dimitrov və norveçli Kasper Ruudu geridə qoyub. Namizədlər Beynəlxalq Tennis Jurnalistləri Assosiasiyası (ITWA) tərəfindən seçilib, qalibi isə ilk dəfə 29 hazırkı və keçmiş dünya birincisi tennisçi müəyyən edib.

22 yaşlı ispaniyalı ilk dəfə bu mükafatı 2023-cü ildə qazanmışdı. 2025-ci ildə Alkaras iki “Böyük Dəbilqə” turnirində qalib gəlib — “Roland Garros” və ABŞ Açıq, həmçinin üç “Masters” və üç “500-lük” turnirdə qələbə qazanıb.







Offside