- Offside
- 23:27 09.12.2025
Yeddi dəfə dünya çempionu olan Formula-1 pilotu Luis Hemilton 44 yaşlı amerikalı tennisçi, 23 dəfə “Böyük Dəbilqə” qalibi Serena Uilyamsın idmana qayıtma ehtimalı ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, " Tennis365" britaniyalı pilotçunun dediklərini belə çatdırıb.
“Onu görmək istərdim. Daim ona qayıtmağı tövsiyə edirəm və tam dəstəyimi verirəm. Serena əfsanədir, əsl ulduzdur. O, son zamanlarda bir yarışa da gəlmişdi. Üstəlik, o mənim yaxın dostumdur, bu isə mənim üçün böyük şərəfdir”
Qeyd edək ki, Serena Uilyams dopinq testləri üçün yenidən siyahıya daxil edilib. Tennisçi bunun heç bir əhəmiyyət kəsb etmədiyini bildirib. Əvvəllər, Serena US Open – 2025-dən əvvəl bu siyahıya qayıtmağı planlaşdırırdı, lakin bunu reallaşdıra bilməmişdi. Uilyams 2022-ci ildə karyerasını bitirmişdi.