11 dekabr 2025. Cümə axşamı

Poqba dünyanın ilk peşəkar dəvə yarışı komandasına ortaq oldu


  • Offside
  • 23:06 10.12.2025
  • Oxunma sayı: 66
Poqba dünyanın ilk peşəkar dəvə yarışı komandasına ortaq oldu

Fransız futbolçu Pol Poqba dünyanın ilk peşəkar dəvə yarışı komandasına ortaq olub.

90deqiqe.Az-ın məlumatına görə, "Monako" klubunda forma geyən 32 yaşlı Poqba Körfəz regionunda yarışan Səudiyyə Ərəbistanının "Əl Həbub" komandasına həm səfir, həm də səhmdar kimi qatılıb.

Poqba bildirib ki, son illərdə Orta Şərqdə daha çox vaxt keçirdiyi dövrdə dəvə yarışlarına marağı artıb:

“Bu mövzunu dərindən araşdırmağa başladım. Nə qədər çox öyrənsəm, o qədər maraqlı olurdu. Bu idmanın arxasında tarix, ailə bağları, rəqabət və qürur dayanır.”

Fransız ulduz qeyd edib ki, region yatırımlarla qlobal idmanın əhəmiyyətli mərkəzinə çevrilir və dəvə yarışları da bunun bir hissəsi olmağı haqq edir.

Ərəb yarımadasında uzun tarixə malik dəvə yarışlarında çempion olan dəvələr 5 milyon dollardan çox qiymətə alıcı tapa bilir. Ən böyük mükafatı təqdim edən 16 yarışlıq Əl Ula Kubokunda isə keçən il mükafat fondu 6,4 milyon dollar təşkil edib.

2018-ci il Dünya Kubokunda Fransa ilə çempionluq qazanan Poqba, "Yuventus" formasını geydiyi dönəmdə aldığı doping cəzası səbəbindən 18 ay futbol meydanlarından uzaq qalmışdı.

İyun ayında "Monako" ilə iki illik müqavilə imzalayan "Yuventus" və "Mançester Yunayted"in sabiq ulduzu, ötən ay "Renn" ilə oyunda ilk dəfə meydana çıxıb.







Offside