11 dekabr 2025. Cümə axşamı

Bilyard üzrə Azərbaycan çempionatının vaxtı açıqlanıb


  • Offside
  • 12:29 11.12.2025
  • Oxunma sayı: 82
Bilyard üzrə Azərbaycan çempionatının vaxtı açıqlanıb

Azərbaycan Bilyard Federasiyası (ABF) ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında bilyardın “pool” növü üzrə ölkə çempionatı keçiriləcək.

ABF-dən 90deqiqe.Az-a verilən məlumata görə, kişi və qadınlar arasında təşkil olunacaq yarış dekabrın 13–15-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq.

Çempionatda ölkənin müxtəlif regionlarından güclü idmançıların iştirakı gözlənilir. Yarışlar beynəlxalq standartlara uyğun qaydalar əsasında keçiriləcək, qaliblər medal və diplomlarla təltif olunacaqlar.







Offside