- Offside
- 21:17 11.12.2025
Hindistanın Kəlküttə şəhərində Argentina yığmasının və “İnter Mayami”nin hücumçusu Lionel Messinin abidəsi açılacaq.
90deqiqe.Az xəbər verir ki, 21,5 metr hündürlüyə malik heykəldə ulduz futbolçu dünya çempionatı kubokunu qaldırarkən təsvir edilib.
Abidənin hazırlanması prosesinə 27 nəfər cəlb olunub və işlər 45 gün ərzində tamamlanıb.
Messi dekabrın 13-də Kəlküttəyə səfər edəcək və abidənin açılış mərasimində şəxsən iştirak edəcək.