11 dekabr 2025. Cümə axşamı

Azərbaycan Milli Paralimpiya Komitəsinə Lissabonda təşəkkürnamə təqdim edilib


  • Offside
  • 17:44 11.12.2025
  • Oxunma sayı: 42
Azərbaycan Milli Paralimpiya Komitəsinə Lissabonda təşəkkürnamə təqdim edilib

Dekabrın 10-da Lissabonda Portuqaliya Paralimpiya Komitəsinin (CPP) 2025-ci ilin yekunlarına həsr olunmuş qala gecəsi keçirilib.

Azərbaycan Milli Paralimpiya Komitəsindən (MPK) 90deqiqe.Az-a verilən məlumata görə, qala gecəsində MPK prezidentinin müşaviri Şahin Kazımzadə CPP-nin dəvəti əsasında iştirak edib.

Tədbirdə Portuqaliya Paralimpiya Komitəsi tərəfindən Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinə əməkdaşlığa görə təşəkkürnamə təqdim edilib.

Qeyd edək ki, dekabrın 9-da Ş.Kazımzadə CPP prezidenti Joze Manuel Lourenso, komitənin vitse-prezidenti, eləcə də Beynəlxalq Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Leila Markes Mota və vitse-president Tyaqu Karvalyu ilə görüş keçirib.

Görüş zamanı tərəflər hər iki ölkədə paralimpiya hərəkatının inkişafı, mövcud əməkdaşlığın genişləndirilməsi, tibbi təsnifat, tədris və birgə təlim-məşq toplanışlarının təşkili məsələlərini müzakirə ediblər.







Offside