- Offside
- 21:17 11.12.2025
Azərbaycan Yüksək Liqasında qadın və kişi voleybolçular arasında VI turun görüşləri baş tutub.
90deqiqe.Az xəbər verir ki,qadınların yarışında iki oyun keçirilib. “Turan” Tovuz Olimpiya İdman Kompleksində “Milli Aviasiya Akademiyası”na, UNEC isə Azərbaycan Voleybol Federasiyasının idman zalında “Gənclər”ə 3:0 hesabı ilə qalib gəlib.
Kişilər arasında keçirilən qarşılaşmada “Ordu” Fövqəladə Hallar Nazirliyinin idman zalında “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, qadınlar arasında VI turun “Murov Az Terminal” – “Abşeron” oyunu təxirə salınıb. Kişilərin yarışında turun növbəti qarşılaşmaları dekabrın 13-də yekunlaşacaq.