- Offside
- 21:17 11.12.2025
Dünyanın keçmiş 488-ci raketkası, fransız tennisçi Kenten Folyo 20 il müddətinə diskvalifikasiya olunub.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə məlumatı Beynəlxalq Tennisdə Dürüstlük Agentliyi (ITIA) yayıb.
Aparılan araşdırma nəticəsində ITIA müəyyən edib ki, 26 yaşlı tennisçi qurama oyunlarla məşğul olan sindikatın əsas fiqurlarından biri olub. Ümumilikdə Tennisdə Korrupsiyaya Qarşı Mübarizə Proqramının 27 maddəsi üzrə pozuntu qeydə alınıb. Bunlar arasında nəticələrin manipulyasiyası, mərc məqsədilə qəsdən zəif oynama, digər tennisçilərə qurama oyun təklifləri və sübutların məhv edilməsi kimi hallar yer alıb.
Folyo həmçinin 70 min dollar məbləğində cərimələnib və ümumilikdə 44 min dollardan çox qanunsuz ödənişi geri qaytarmağa məcbur edilib.