- Offside
- 21:17 11.12.2025
Xankəndidə təşkil olunan XI Vüqar Həşimov Memorialı yekunlaşıb.
90deqiqe.Az xəbər verir ki, turnirin final nəticələrinə əsasən, Yan Nepomnyaşi (FIDE) və Sloveniyanı təmsil edən Vladimir Fedoseyev 13 xal toplayaraq birinci yeri bölüşüblər.
Son oyun günündən sonra yarışın bağlanış mərasimi keçirilib.
Qeyd edək ki, Memorialda ümumilikdə 6 qrossmeyster rapid və blits proqramı üzrə mübarizə aparıb. Yarışda Yan Nepomnyaşi (FIDE), Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan), eləcə də Azərbaycan şahmatçıları Rauf Məmmədov və Aydın Süleymanlı iki dövrədə güclərini sınayıblar.