- Offside
- 20:58 12.12.2025
“Böyük Dəbilqə”nin dördqat qalibi, dünya reytinqində ikinci sırada qərarlaşan italiyalı tennisçi Yannnik Sinner 2025-ci ilin azarkeşlərin ən sevimli oyunçusu seçilib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə azarkeşlər arasında sorğunu təşkil edən ATP məlumat yayıb.
Sinner mükafata layiq görülməsi ilə bağlı fikirlərini belə bildirib:
“Mənə səs verdiyiniz üçün hər birinizə böyük təşəkkür edirəm. Bu nominasiyada qalib gəlmək yenidən mənim üçün xüsusi məna daşıyır”, – deyə tennisçi qeyd edib.
Sinner bu ada ardıcıl üçüncü dəfə sahib olur.
Maraqlıdır ki, 2003–2021-ci illər ərzində bu mükafatın dəyişməz sahibi isveçrəli Rodjer Federer olub. 2022-ci ildə isə titula karyerasını artıq başa vurmuş ispaniyalı Rafael Nadal layiq görülmüşdü.