- Offside
- 19:22 13.12.2025
Braziliya “San-Paulu”sunun yarımmüdafiəçisi Oskar yaxın günlərdə rəsmi olaraq futbolçu karyerasına son qoyacaq.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Globo" məlumat yayıb.
34 yaşlı klub rəhbərliyi ilə görüşərək karyerasını bitirmək istədiyini bildirib.
Qeyd edək ki, braziliyalı futbolçu ötən ay məşq zamanı huşunu itirmiş, tibbi müayinələr zamanı isə ürək problemləri aşkar olunmuşdu.
Oskar Avropada “Çelsi”dəki çıxışları ilə geniş tanınır. İngiltərə klubunda 203 rəsmi oyuna çıxan yarımmüdafiəçi 38 qol vurub və 31 məhsuldar ötürmə ilə yadda qalıb.