- Offside
- 19:22 13.12.2025
Biatlon üzrə Dünya Kubokunun 2025/2026 mövsümünün ikinci mərhələsi Avstriyanın Xoxfiltzen şəhərində keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, qadınlar arasında 4x6 km estafet yarışında Şvetsiya komandası qalib gəlib.
Komandanın heyətində Ella Halvarsson, Anna Magnusson, Elvira Eberq və Hanna Eberq yer alıb. Onlar 1:06.52,4 nəticə göstərərək yarışın lideri olublar.
İkinci yeri Norveç komandası tutub, liderlərdən 40,3 saniyə geri qalıb. Almaniya yığması üçüncü pillədə qərarlaşıb (+51,3).
Digər nəticələr belə olub:
Finlandiya +1.01,8
Slovakiya +1.18,4
Fransa +1.31,7