16 dekabr 2025. Çərşənbə axşamı

Azərbaycan Yüksək Liqasında VII tura start verildi


  • Offside
  • 18:32 15.12.2025
  • Oxunma sayı: 35
Azərbaycan Yüksək Liqasında VII tura start verildi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII turun oyunlarına start verilib.

90deqiqe.Az-ın məlumatına görə, turun ilk oyun günündə “Azərreyl” komandası “Gənclər” kollektivi ilə üz-üzə gəlib. Görüş “Azərreyl”in aşkar üstünlüyü şəraitində keçib və paytaxt təmsilçisi rəqibini 3:0 (25:16, 25:15, 25:12) hesabı ilə məğlub edib.

Qarşılaşma Abşeron Olimpiya İdman Kompleksində baş tutub.

Qeyd edək ki, Azərbaycan Yüksək Liqasında VII turun oyunlarına dekabrın 17-də yekun vurulacaq.







Offside