16 dekabr 2025. Çərşənbə axşamı

“Seltik”də yeni məşqçinin debütü uğursuz oldu


  • Offside
  • 23:36 15.12.2025
  • Oxunma sayı: 68
“Seltik”də yeni məşqçinin debütü uğursuz oldu

Dekabrın əvvəlində Şotlandiyanın “Seltik” klubunda baş məşqçi dəyişiklik edilib.

90deqiqe.Az-ın məlumatına görə, fransalı mütəxəssis Vilfrid Nansi üçün debüt heç də uğurlu alınmayıb – o, keçirdiyi üç oyunun hamısında məğlub olub.

Bu məğlubiyyətlər arasında Şotlandiya Liqa Kubokunun finalı da var. Finalda “Seltik” “Sent-Mirren”ə 1:3 hesabı ilə uduzub.

Digər iki məğlubiyyət isə Premyer Liqada “Harts”a və Avropa Liqasında İtaliyanın “Roma” klubuna qarşı qeydə alınıb.

Milli arenada uzun illər üstünlüyə alışmış “Seltik” azarkeşləri üçün bu nəticələr ciddi şok olub. Qeyd edək ki, Nansi “Seltyk”dən əvvəl Kanadada “Monreal” və “Kolambus Kriu” klublarında baş məşqçi kimi çalışıb. Lakin Avropa futbolu hələ tam başqa səviyyədir.







Offside