16 dekabr 2025. Çərşənbə axşamı

Jardim "Kruzeyro"dan ayrılmasının səbəblərini açıqladı


  • Offside
  • 11:16 16.12.2025
  • Oxunma sayı: 35
Jardim "Kruzeyro"dan ayrılmasının səbəblərini açıqladı

Portuqaliyalı baş məşqçi Leonardu Jardim 2025-ci ilin fevral ayından rəhbərlik etdiyi Braziliyanın “Kruzeyro” klubundan ayrılmasına münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, "TVCruzeiro" mütəxəssisin dediklərini belə çatdırıb.

“Gedişimin səbəbləri şəxsi xarakter daşıyır. Əsasən bu il ərzində yığılan yorğunluqdur və bu, təkcə idmanla bağlı deyil. Bəzi əlamətlər məni narahat etdi. Öz-özümə dedim: ‘Jardim, fasilə ver, fiziki və psixoloji sağlamlığını qorumalısan’

Leonardu Jardimin rəhbərliyi altında Belo-Orizonti təmsilçisi 2025 mövsümündə Braziliya çempionatını üçüncü pillədə başa vurub. Dekabrın 14-dən 15-nə keçən gecə (Bakı vaxtı ilə) “Kruzeyro” Braziliya Kubokunun yarımfinal mərhələsində mübarizəni dayandırıb. Komanda penaltilər seriyasında “Korintians”a uduzub — 2:1, 4:5 (ilk oyun 0:1).

Qeyd edək ki, portuqaliyalı mütəxəssis karyerası ərzində Fransada “Monako” ilə çempionluq, Yunanıstanda “Olimpiakos”la ölkə çempionluğu və Kubok qazanıb. O, həmçinin Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə Asiya Çempionlar Liqasının qalibi olub. Jardim Lissabonun “Sportinq” klubunda, Portuqaliyanın bir sıra digər komandalarında, BƏƏ-nin “Şabab Əl-Əhli” və Qətərin “Əl-Rayyan” klublarında da çalışıb.







Offside