- Offside
- 17:05 16.12.2025
24 dəfə Böyük Dəbilqə çempionu olan serb tennisçisi Novak Cokoviç 2026-cı ilin əvvəlində ATP-250 kateqoriyasına aid olan "Adelaid" turnirində iştirak edəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə turnirin təşkilatçıları rəsmi sosial şəbəkə hesablarında məlumat yayıb.
Turnir 12-17 yanvar tarixləri arasında baş tutacaq, Avstraliya Açıq turnirinin başlanmasından bir həftə əvvəl. Adelaiddə keçiriləcək yarışda Böyük Britaniyanı təmsil edən Cek Dreypər, Yunanıstanın təmsilçisi Stefanos Citsiipas, ABŞ tennisçisi Tommi Pol, Braziliyanı təmsil edən Joao Fonseka, Avstraliyadan Aleksey Popirin və digər tanınmış tennisçilər də iştirak edəcəklər.
Hazırda Adelaide turnirinin mövcud çempionu Kanadanın Feliks Oje-Aljasimidir. O, 2025-ci ilin finalında ABŞ tennisçisi Sebastian Kordanı məğlub edərək çempion olmuşdu.