- Offside
- 23:59 16.12.2025
“Barselona” və Braziliya millisinin hücumçusu Rafinyanın həyat yoldaşı Nataliya Belloli FIFA-nın 2025-ci ilin rəmzi komandasında ərini görmədiyi üçün etirazını bildirib.
90deqiqe.Az xəbər verir ki, Belloli bu barədə sosial şəbəkə hesabında yazıb.
“Düşünürsünüz ki, o basketbol oynayır? Artıq bunu gizlətmirlər!”
Rafinya son mövsümdə bütün turnirlər üzrə 57 oyunda 34 qol vurub və 26 məhsuldar ötürmə edib. O, həmçinin Çempionlar Liqasının ən məhsuldar futbolçusu (13 qol və 8 assist) olub və “Barselona” ilə İspaniya çempionatı, Kubok və Superkuboku qazanıb.