- Offside
- 23:59 16.12.2025
Bu gün Dohada FIFA The Best 2025 mükafatlarının təqdimetmə mərasimi keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, 2025-ci ilin ən yaxşı futbolçusu Fransanın PSJ klubunun hücumçusu Usman Dembele seçilib.
“İnter Mayami”nin hücumçusu Lionel Messi, Argentina millisinin kapitanı kimi səsvermədə, birinci yeri öz reytinqində məhz Dembeleyə verib.
Argentinli oyunçunun siyahısında ikinci yerdə Kilian Mbappe (“Real Madrid”), üçüncü yerdə isə “Barselona”nın oyunçusu Lamin Yamal olub.
Qeyd edək ki, oktyabr ayında Dembele “Qızıl Top” mükafatını da qazanıb. 2024/25 mövsümündə o, “PSJ”nin Çempionlar Liqasını qazanmasına böyük töhfə verib.