17 dekabr 2025. Çərşənbə

Azərbaycan stolüstü tennisçisi beynəlxalq toplanışda iştirak edəcək


  • Offside
  • 12:51 17.12.2025
  • Oxunma sayı: 11
Azərbaycan stolüstü tennisçisi beynəlxalq toplanışda iştirak edəcək

Azərbaycan stolüstü tennisçisi Xədicə Babazadə Avropa Stolüstü Tennis Birliyinin təşkil etdiyi "ETTU Eurotalents Selection camp" toplanışında iştirak edəcək.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.

İstedadlı idmançı milli komandanın məşqçisi Səbinə Əzizlinin müşayiəti ilə Xorvatiyaya yola düşüb. Vrsar şəhərində təşkil olunacaq təlim-məşq toplanışında qitənin ən istedadlı stolüstü tennisçiləri təcrübəli mütəxəssislərin rəhbərliyi altında fiziki, texniki və taktiki hazırlıq keçəcəklər.

Beynəlxalq təlim-məşq toplanışına dekabrın 23-də yekun vurulacaq.

Qeyd edək ki, "ETTU Eurotalents Development Camp" layihəyəsi xüsusi istedadı və davamlı nəticələri ilə seçilən yeniyetmə stolüstü tennisçilərin hazırlığını təkmilləşdirmək məqsədi daşıyır.







Offside