17 dekabr 2025. Çərşənbə

AFFA 2025/2026 mövsümündə lisenziya almış futbol klublarının sayını açıqlayıb


  • Offside
  • 13:41 17.12.2025
  • Oxunma sayı: 12
AFFA 2025/2026 mövsümündə lisenziya almış futbol klublarının sayını açıqlayıb

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 2025/2026 mövsümündə klubların lisenziya alması ilə bağlı hesabatını təqdim edib.

90deqiqe.Az-ın məlumatına görə, 2025/2026 mövsümünün lisenziyalaşdırma prosesində ümumilikdə 41 klub iştirak edib və onlardan 38-i lisenziya alıb.

Bu mövsüm üçün ən yüksək səviyyəli UEFA lisenziyası yalnız “Neftçi” futbol klubuna təqdim edilib. Yeganə UEFA lisenziyasını əldə edən “Neftçi”, beynəlxalq yarışlara qatılma hüququ qazanan klub olub.

AFFA-nın açıqlamasına görə, lisenziyalaşdırma prosesi yüksək tələblərə uyğun olaraq həyata keçirilib və mövsümün başlamasına az vaxt qalarkən, klubların avrokuboklarda iştirak etmək imkanları müəyyənləşib.







Offside