17 dekabr 2025. Çərşənbə

2024-cü ildə Azərbaycan Premyer Liqasında ən çox gəlir əldə edən klublar açıqlanıb


  • Offside
  • 14:00 17.12.2025
  • Oxunma sayı: 7
2024-cü ildə Azərbaycan Premyer Liqasında ən çox gəlir əldə edən klublar açıqlanıb

AFFA-nın klubların lisenziyalaşdırılması üzrə təqdim etdiyi hesabatda 2024-cü ildə Azərbaycan Premyer Liqasındakı klubların gəlirləri müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, 2024-cü ildə ən yüksək gəlir əldə edən klub "Qarabağ" olub. Ağdam təmsilçisi büdcəsinə 34 milyon 753 min 800 manat əlavə edib. Bu göstərici "Qarabağ"ın regional və beynəlxalq uğurlarının, eləcə də sponsor və reklam müqavilələrinin nəticəsidir.

İkinci sırada isə "Neftçi" qərarlaşıb. Bakı klubu 28 milyon 617 min 506 manat gəlir əldə edib. "Sabah" klubu isə 26 milyon 953 min 800 manat gəlir ilə üçüncü olub.

2024-cü ildə digər klubların gəlirləri aşağıdakı kimi olub:

  • "Zirə" - 10 milyon 968 min 897 manat

  • "Sumqayıt" - 9 milyon 178 min 60 manat

  • "Səbail" - 7 milyon 799 min 500 manat

  • "Araz-Naxçıvan" - 6 milyon 208 min 100 manat

  • "Turan Tovuz" - 6 milyon 145 min 200 manat

  • "Kəpəz" - 3 milyon 711 min 300 manat

  • "Şamaxı" - 3 milyon 51 min 300 manat

Hesabatda qeyd olunub ki, klubların gəlirləri əsasən reklam və sponsorlardan daxilolmalar, UEFA-dan alınan vəsaitlər, Futbolun İnkişafı Fondundan əldə olunan məbləğlər, kommersiya fəaliyyətləri və bilet satışlarından formalaşıb.







Offside