- Offside
- 21:10 17.12.2025
2023-cü ilin sonunda Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) Electronic Arts (EA) ilə əməkdaşlığını bitirdiyini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, EA bundan sonra əvvəlki ad altında deyil, öz futsim oyunlarını "EA Sports FC" brendi ilə buraxır.
Eyni zamanda FİFA yeni futbol simulyatorunu təqdim edib. Bu layihə üçün federasiya Netflix ilə əməkdaşlığa girib. Oyun 2026-cı ilin yayında, Şimali Amerikada keçiriləcək Dünya Kuboku 2026-nın başlanğıcına uyğun satışa çıxacaq. FİFA prezidenti Canni İnfantino bu anonsu futsim oyunları üçün “əsas mərhələ” adlandırıb.
FİFA və Netflix-in bu əməkdaşlığı federasiyanın futbol oyunları sahəsində innovasiyalara can atmasının mühüm göstəricisidir. “Biz bütün dünyada milyardlarla futbolsevəri əhatə etmək istəyirik. Yenidən düşünülmüş oyun digital futbolun yeni erasının başlanğıcını simvollaşdıracaq”, — deyə İnfantino bildirib.
Futbol simulyatorunun hazırlanması Kaliforniyada yerləşən Delphi Interactive studiyasına həvalə olunub. Oyunun detalları hələ açıqlanmasa da, məlumdur ki, mobil platformalarda oyun Netflix tətbiqi vasitəsilə təqdim olunacaq.