- Offside
- 21:10 17.12.2025
Altı dəfə "Böyük Dəbilqə" turnirinin qalibi və dünya birincisi tennisçi Karlos Alkarasın məşqçisi Xuan-Karlos Ferrero ilə əməkdaşlığın sona çatıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə ispaniyalı tennisçi şəxsi sosial şəbəkə hesabında yazıb:
"Mən bunu yazmaqda çox çətinlik çəkirəm. Yeddi ildən artıq birgə çalışdıqdan sonra biz Xuanla əməkdaşlığımızı bitirməyə qərar verdik. Uşaqlıq arzularımı gerçəkləşdirdiyin üçün təşəkkür edirəm. Bu yolun başlanğıcında mən hələ uşaq idim və o, həmişə mənim yanımda oldu, kortda və ondan kənarda.
Uğurun zirvəsinə çatdıq və hiss edirəm ki, yollarımız məhz bu şəkildə ayrıla bilər. O, məni idmançı kimi böyütdü, amma hər şeydən öncə şəxsiyyət kimi formalaşdırdı. Bizim işimizi çox qiymətləndirirəm. İndi hər ikimiz üçün dəyişikliklər, yeni macəralar və layihələr zamanı gəlib. Amma əminəm ki, yeni nailiyyətlər üçün əlimizdən gələni edəcəyik, həmişə birgə etdiyimiz kimi. Sənə hər şeydə uğurlar arzulayıram. Biz bir-birimizə hər şeyi verdiyimizi bilməkdən məmnunam. Hər şey üçün təşəkkürlər, Xuan!"
2025-ci mövsümdə Alkaras iki Böyük Dəbilqə turnirində qalib gəlib — Roland Qarros və ABŞ Açıq, həmçinin üç Masters turnirində (Monako, Roma və Sinsinati) və üç 500 seriyalı turnirdə qələbə qazanıb. Mövsümün sonunda o, ABŞ-ın Mayami şəhərində braziliyalı Joao Fonseka ilə sərgi matçında üç setdə qalib gəlib.