- Offside
- 23:39 17.12.2025
"The Guardian" 2025-ci ilin 100 ən yaxşı futbolçusunu açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, "Əl-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 51-ci sırada yer alıb. Beş dəfə "Qızıl Top" sahibi olan Ronaldo ilə "Bavariya"nın yarımmüdafiəçisi Yoşua Kimmix (50-ci yer) və "İnter"dən Hakan Çalhanoğlu (52-ci yer) qərarlaşıb.
Siyahıda digər "Mançester Yunayted"in portuqaliyalı futbolçusu Bruno Fernandeş 55-ci, "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq isə 60-cı pillədə yer alıb.