1 fevral 2026. Bazar günü

ITF 2025-ci ilin dünya çempionlarını açıqladı


  • Offside
  • 12:41 18.12.2025
  • Oxunma sayı: 121
ITF 2025-ci ilin dünya çempionlarını açıqladı

Beynəlxalq Tennis Federasiyası (ITF) 2025-ci il üzrə dünya çempionları mükafatının laureatlarının adlarını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Mükafatlar tək və cüt kateqoriyalarında, həmçinin yeniyetmələr və əlil arabasında tennis üzrə təqdim olunub. 2025-ci ilin laureatları aşağıdakılardır:

  • Yannik Sinner (İtaliya) – kişilər arasında tək;

  • Arina Sobolenko (Belarus) – qadınlar arasında tək;

  • Marsel Qranolyers / Orasio Sebalyos (İspaniya / Argentina) – kişilər arasında cüt;

  • Sara Errani / Jasmín Paolini (İtaliya) – qadınlar arasında cüt;

  • İvan İvanov (Bolqarıstan) – yeniyetmələr arasında tək (kişilər);

  • Kristina Penikova (ABŞ) – yeniyetmələr arasında tək (qadınlar);

  • Yui Kamidzi, Tokito Oda (hər ikisi Yaponiya), Nils Vink (Niderland) – əlil arabasında tennis üzrə.

Qeyd edək ki, Arina Sobolenko və Yannik Sinner üçün bu mükafat karyeralarında ikinci olub. Belaruslu tennisçi ilk dəfə 2023-cü ildə bu ada layiq görülüb. Yannik Sinner isə serbiyalı Novak Cokoviçdən sonra bu mükafatı ardıcıl iki il qazanan ilk tennisçi olub. Novak Cokoviç 2011–2015-ci illərdə ardıcıl olaraq mükafata sahib çıxmışdı.







Offside