- Offside
- 16:43 18.12.2025
Ekvadorun “Barselona” futbol klubunun müdafiəçisi Mario Pineyda 34 yaşında hücum nəticəsində həyatını itirib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi sosial media hesabları məlumat yayıb.
Pineyda ilə birlikdə həyat yoldaşı da dünyasını dəyişib. Onun anası isə xəsarət alıb.
Mario Pineyda 2016-cı ildən “Barselona” klubunun şərəfini qoruyurdu. Klub ilə birlikdə o, iki dəfə Ekvador çempionu olub və ölkə kubokunu qazanıb. Pineyda həmçinin karyerası ərzində Ekvadorun “İndependiente del Valle” və “Nasional”, eləcə də Braziliyanın “Fluminense” klublarında çıxış edib.
Qeyd edək ki, 2015-ci ilin yayında Pineyda Çilidə keçirilən Amerika Kubokunda iştirak edib. Turnirdə o, ehtiyat oyunçu olub və bir dəqiqə də oynaya bilməyib.