18 dekabr 2025. Cümə axşamı

Azərbaycanın MMA döyüşçüsü növbəti qələbəsini qazanıb


  • Offside
  • 14:31 18.12.2025
  • Oxunma sayı: 35
Azərbaycanın MMA döyüşçüsü növbəti qələbəsini qazanıb

Azərbaycanın MMA döyüşçüsü Edvin Abbasov Lüksemburqda keçirilən “SOKO FC 5” turnirində qələbə qazanıb.

Gənclər və İdman Nazirliyindən 90deqiqe.Az-a bildirilib ki, 61,2 kiloqram çəki dərəcəsində çıxış edən idmançı danimarkalı rəqibini III raundda texniki nokautla üstələyib.

Bununla da o, peşəkar karyerasında 5-ci qələbəsini əldə edib.

Edvin Abbasov növbəti döyüşünü yanvarın 17-də Hindistanın Qoa şəhərində keçirəcək.







Offside